AZ

"Son şans": Fransa və Almaniya yeni nəsil qırıcı təyyarə yaratmağa çalışacaq

Fransa və Almaniya yeni nəsil qırıcı təyyarənin birgə hazırlanması üzrə razılığa gəlmək üçün son cəhdə hazırlaşır. Bu istiqamətdə müəyyən edilmiş son tarix apreldə başa çatır. 

HİT.az xəbər verir ki, bu barədə “Politico” yazır.

“Gələcəyin döyüş hava sistemi” (FCAS) layihəsi artıq bir neçə aydır ki, Fransa şirkəti “Dassault Aviation” və Almaniyanın “Airbus Defence and Space” şirkəti arasında ciddi fikir ayrılıqları səbəbindən dayanıb. Lakin cümə axşamı hər iki ölkənin rəsmiləri proqramın yenidən aktivləşdirilməsi üçün səyləri davam etdirməyə qərar veriblər.

Fransa prezidenti Emmanuel Makron jurnalistlərə bildirib ki, tərəflərin razılığa gələ bilməməsi vəziyyətin əsas problemdir və məqsəd şirkətləri yaxınlaşdırmaqdır. Onun sözlərinə görə, yaxın həftələrdə tərəflər arasında ortaq mövqelərin müəyyənləşdirilməsi üçün proses başlanacaq.

Almaniya rəsmisi isə bildirib ki, bu, sənaye arasında aparılacaq son vasitəçilik cəhdi olacaq və nəticə aprel ayının ortalarınadək əldə edilməlidir. Bu, həm də Almaniyanın federal büdcə ilə bağlı gələcək qərarları üçün vacib hesab olunur.

“Politico” qeyd edir ki, FCAS proqramına İspaniya da daxildir və layihə 2040-cı ilə qədər Almaniyanın “Eurofighter” və Fransanın “Rafale” qırıcılarını əvəz etməyi hədəfləyir. Proqram yalnız döyüş təyyarəsini deyil, həm də pilotsuz uçuş aparatlarını və döyüş bulud sistemini əhatə edir.

Qırıcı təyyarənin texniki xüsusiyyətləri ilə bağlı fikir ayrılıqları iki müdafiə nəhəngi arasında əsas mübahisə mövzusu olaraq qalır.

Qeyd edək ki, Almaniya kansleri Fridrix Merts iki ayrı təyyarənin hazırlanmasına açıq olsa da, Fransa prezidenti bu variantı rədd edir.

Samir
 

Seçilən
32
hit.az

1Mənbələr