AZ

Bakı Abadlıq Xidməti WUF 13 ə hazırlaşır

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Bakı yeni bir nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Bu ilin mayında paytaxtda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyası keçiriləcək. Bu ərəfədə  Bakı Abadlıq Xidməti şəhərin Yasamal, Səbail, Nəsimi, Xəzər, Qaradağ və Nərimanov rayonları ərazisində ardıcıl təmir-bərpa işləri aparır.

Şəhər mərkəzində Süleyman Rəhimov küçəsindəki tarixi binalar öz ilkin görkəminə qaytarılır.

Xüsusi aparatlarla evlərin fasadları yuyulur, divarlar rənglənir. Küçəyə baxan eyvanlar təmir edilir.

Həyətlərin qapıları və darvazaları da sahmana salınır - taxta qapılar bərpa olunur, dəmir qapılara isə mühitə uyğun olaraq taxta üzlük çəkilir. Həmçinin binaların fasadlarında sonradan quraşdırılan qurğular, naqillər və digər elementlər yığışdırılır, ya da səliqəyə salınır. Dağılmış səkilər də qismən təmir olunur.

WUF 13 ərəfəsində bərpa olunan obyektlər sırasında Nigar Rəfibəyli küçəsi 23 ünvanında yerləşən tarixi bina da var. Binanın unikal fasadı vaxtilə gipsdən düzələn naxış və memarlıq elementlərilə zəngin olub. Amma həmin detallar bu günə tam şəkildə çatmayıb. Bakı Abadlıq Xidmətinin mütəxəssisləri zamanın məhv etdiyi o naxışları yenidən bərpa edirlər. Beləcə binanın tarixi siması maksimum dərəcədə bərpa olunacaq.

CAVİDAN

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
93
525.az

1Mənbələr