AZ

ABŞ Belarus bankına və Maliyyə Nazirliyinə qarşı sanksiyaları ləğv edir



ABŞ iki Belarus bankına və Maliyyə Nazirliyinə qarşı sanksiyaları ləğv edir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul bildirib.

"ABŞ Belinvestbank, İnkişaf Bankı və Maliyyə Nazirliyinə qarşı sanksiyaları ləğv edir",-deyə Koul vurğulayıb.

Qeyd edək ki, Birləşmiş Ştatlar uzun illərdir ki, Belarusun bir sıra maliyyə qurumlarına sanksiya tətbiq edir. Rusiya-Ukrayna müharibəsindən sonra isə bu sanksiyalar bir qədər də genişlənmişdi.

Anar
Seçilən
48
1
newscenter.az

2Mənbələr