Gəncə şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib.
"Unikal" xəbər verir ki, hərəkətdə olan iki “KIA” markalı avtomobil toqquşub. Qəza zamanı zərbənin təsirindən nəqliyyat vasitələrindən biri idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qəza səbəbindən ərazidə nəqliyyat sıxlığı yaranıb. Dərhal hadisə yerinə DYP əməkdaşları cəlb olunub və yolda hərəkət qısa müddətdə bərpa edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov