AZ

"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosialİnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki "ASANxidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarıişçilərinin sosial müdafiəsi gücləndirilib.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Agentliyi və onun tabeliyindəki "ASANxidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarıişçilərinin mükafatlandırılması məqsədilə 26 milyon 600 min manatməbləğində vəsait hər il növbəti il üçün təsdiq olunan dövlətbüdcəsində nəzərdə tutulub.

Agentlik tələb olunan vəsaitin növbəti ilin dövlət büdcəsindənəzərdə tutulması üçün təkliflərini hər il iyulun 1-dək MaliyyəNazirliyinə təqdim edəcək.

Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Seçilən
50
20
az.trend.az

10Mənbələr