AZ

İran dünyanın diqqətini çəkmək üçün qəsdən öz ərazilərini vurur? AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

İranın Buşehr Atom Elektrik Stansiyası ərazisinə raket düşüb. İran Atom Enerjisi Qurumu tərəfindən yayılan məlumata görə, mərmi kompleksin sahəsinə düşsə də, kritik infrastruktur obyektlərinə ziyan dəyməyib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, hadisə nəticəsində ölən və yaralanan yoxdur, stansiya isə fəaliyyətini normal rejimdə davam etdirir. Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlama verib.O deyib ki, bunlar regional məsuliyyət tələb edir:“İran ekzistensial təhlükələr qarşısında qaldıqda, çox vaxt qonşularına ciddi zərər vurmaq niyyətində olur. Bunu artıq müşahidə edirik. O cümlədən, Buşehr AES təkcə İran üçün deyil, bütövlükdə region üçün böyük təhlükə yarada biləcək potensiala malikdir. Buna görə də müharibənin gedişatını proqnozlaşdırmaq çox çətindir. Bunu əvvəlcədən kim dəqiq deyə bilər? Amma əlbəttə, İranın belə addımlar ata biləcəyini də istisna etməməliyik”.Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana hücumu ilə bölgədə vəziyyət kritik həddə çatıb. İranın da buna raket zərbələri ilə cavab verməsi gərginliyi daha da artırıb. Hadisələrin ən dramatik məqamı isə İranın ali dini lideri Ayətullah Xameneinin öz ofisində öldürülməsi olub. Ölkənin dövlət televiziyası bu xəbəri təsdiqləyərək İranda 40 günlük matəm və bir həftəlik qeyri-iş günü elan edildiyini bildirib.Hazırkı durum regionun geosiyasi xəritəsinin və təhlükəsizlik arxitekturasının kökündən dəyişə biləcəyindən xəbər verir. Atom stansiyası yaxınlığındakı partlayışlar hərbi münaqişənin miqyasının ekoloji fəlakət həddinə çata biləcəyi qorxusunu yaradır.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
demokrat.az

1Mənbələr