AZ

Əraqçi: İnfrastrukturumuza yenidən hücum edilərsə, qisasımız çox ağır olacaq

BAKI, 19 mart. TELEQRAF

İran dünən gecə ABŞ və İsrailininfrastrukturumuza hücumlarının qisas alıb. Bu, gücümüzün yalnız kiçik bir hissəsidir. İnfrastruktura yenidən hücum edilərsə, geri çəkilməyəcəyik, cavabımız çox ağır olacaq.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, İranın təmkinliyinin yeganə səbəbi gərginliyin azaldılması çağırışlarına hörmətdən irəli gəlir.

"Əgər infrastrukturumuza yenidən hücum edilərsə, artıq heç bir məhdudiyyət olmayacaq. Müharibənin bitməsi üçün mülki əhaliyə dəyən ziyan aradan qaldırılmalıdır" - Əraqçi qeyd edib.

Seçilən
49
1
teleqraf.com

2Mənbələr