AZ

Qətər XİN: İranın enerji infrastrukturuna hücumu təxribatdır - VİDEO

Türkiyə və Qətərin xarici işlər nazirliklərinin (XİN) başçıları ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatı və İslam Respublikasının qonşu ölkələrə hücumlarını müzakirə ediblər.

Moderator.az xəbər verir ki, bunu Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Dohada türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında açıqlayıb.

"Söhbət zamanı İranın region ölkələrinə zərbələri dayandırması müzakirə olunub",- o deyib və əlavə edib ki, hücumlar qınanıb.

Qətərin enerji infrastrukturunun hədəf alınmasını pisləyən nazir İranın bu addımını təxribat adlandırıb.

 

Seçilən
66
3
moderator.az

4Mənbələr