Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İsrail və ABŞ-ın İrandakı məqsədlərinə çatması quru əməliyyatı olmadan mümkün deyil
İsrail və ABŞ-ın İrandakı məqsədlərinə çatması quru əməliyyatı olmadan mümkün deyil. Bu da Vaşinqtonu bataqlığa salacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi “The Economist” jurnalında dərc olunmuş məqaləsində qeyd edib.
“Görünür, İsrail rəhbərliyi ABŞ-ı inandırıb ki, İran sanksiyalar, daxili münaqişələr və 2025-ci ilin iyun ayında İsrail və ABŞ-ın nüvə obyektlərinə endirdiyi zərbələr nəticəsində o qədər zəifləyib ki, Tehranın ilkin zərbələrdən və Ali Rəhbərin itkisindən dərhal sonra qeyd-şərtsiz təslim olması gözlənilir. Lakin məlum oldu ki, müəyyən məqsədlərə çatmaq üçün uzunmüddətli hərbi kampaniya tələb olunacaq və bu müddət ərzində ABŞ quru hücumuna başlamağa məcbur olacaq”, - deyə o yazıb.
Oman XİN rəhbərinin sözlərinə görə, nə Amerika rəhbərliyi, nə də adi amerikalılar bunu istəyir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.