AZ

“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 19 mart, AZƏRTAC

“Yeni adlar” layihəsi çərçivəsində maraqlı və yaddaqalan konsert proqramı təqdim olundu.

AZƏRTAC xəbər verir ki, gecədə dirijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Dövlət Kamera Orkestri dinləyicilər qarşısında çıxış etdi.

Konsert proqramı klassik və müasir musiqinin incilərini bir araya gətirərək, gənc və istedadlı ifaçıların sənətini nümayiş etdirmək məqsədi daşıyırdı. Gecənin ilk hissəsində solist Elçin Məmmədov (piano) yüksək peşəkarlıqla dünya klassik musiqisinin görkəmli nümayəndəsi J.S.Bach-ın piano və orkestr üçün 5 nömrəli konsertini (f-moll) səsləndirib.

Proqramın davamında XX əsr musiqisinin parlaq simalarından A.Schnittkenin piano və simlilər üçün konserti (op.136) ifa olundu. Bu əsərdə solist qismində Nərgiz Kəngərli çıxış edərək öz interpretasiyası ilə dinləyicilərə dərin emosional təsir bağışlayıb.

“Yeni adlar” layihəsi gənc ifaçıların səhnə təcrübəsinin artırılması və onların geniş auditoriyaya tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
102
azertag.az

1Mənbələr