AZ

Tokayev xalqı “zehni inqilab”a çağırdı

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin gələcək inkişaf strategiyası və təhsil modelində köklü dəyişikliklərin edilməsi ilə bağlı bəyanatla çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, Almatıda elmi ictimaiyyət nümayəndələri ilə görüşən dövlət başçısı xalqı “zehni inqilaba” çağırıb.

Tokayev bildirib ki, müasir dövrün tələblərinə uyğunlaşmaq üçün millətin təfəkkürü dəyişməli və əsas diqqət elm-texnologiya istiqamətinə yönəlməlidir.

“Biz millətin mentalitetini dəyişdirməliyik. Bu isə o deməkdir ki, onu elmə və texnologiyaya tərəf döndərməliyik. Hesab edirəm ki, biz Qazaxıstanda sözün əsl mənasında “zehni inqilab” həyata keçirməliyik”.

Xatırladaq ki, Qazaxıstanda 2026-cı il rəsmi olaraq “Rəqəmsallaşma və Süni İntellekt İli” elan edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
qafqazinfo.az

2Mənbələr