AZ

İtaliyalı ekspert: Bakı ilə Roma arasında əməkdaşlıq Ümumavropa enerji arxitekturasının mühüm elementinə çevrilir

Bakı, 19 mart, AZƏRTAC

İtaliya Cənubi Qafqazda strateji enerji layihələrinin həyata keçirilməsində mühüm yer tutur və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əsas tərəfdaşlarından biridir.

Bu fikri AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında italiyalı ekspert Domeniko Letitsiya səsləndirib.

Onun sözlərinə görə, İtaliya Cənub Qaz Dəhlizinin fəaliyyətində mühüm halqadır və enerji resurslarının Avropa bazarlarına daşınmasında əhəmiyyətli rol oynayır. Ekspert qeyd edib ki, ötürücülük qabiliyyəti getdikcə genişləndirilən Trans-Adriatik qaz kəməri (TAP) ölkənin Avropaya əsas enerji giriş nöqtələrindən biri kimi rolunu daha da gücləndirir.

Ekspert vurğulayıb ki, İtaliyanın bu layihələrdə iştirakı təkcə tədarükün diversifikasiyasına deyil, həm də ölkələr arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Onun fikrincə, Bakı ilə Roma arasında enerji sahəsində əməkdaşlıq Ümumavropa enerji arxitekturasının mühüm elementinə çevrilir.

Müxbir – Tamilla Məmmədova

Seçilən
72
1
azertag.az

2Mənbələr