AZ

Türkiyədə zəncirvari qəzada 6 nəfər yaralanıb

ain.az, 525.az saytına istinadən bildirir.

Türkiyənin Adıyaman şəhərində zəncirvari qəza baş verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adıyamanın Besni rayonunda üç avtomobilin iştirakı ilə baş verən qəzada 6 nəfər yaralanıb.

Qəza günorta saatlarında Atatürk küçəsində baş verib.

Hadisə yerinə gələn təcili yardım işçiləri sürücülərin və avtomobillərdə olan üç sərnişinin xəsarət aldığını müəyyən ediblər. İlkin tibbi yardım aldıqdan sonra yaralılar əlavə müalicə üçün Besni Dövlət Xəstəxanasına aparılıblar. Qəza ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
525.az

1Mənbələr