AZ

İranda İsraillə əməkdaşlıq şübhəsi ilə 178 nəfər saxlanılıb

ain.az bildirir, Bizimyol portalına istinadən.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidməti İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən azı 178 nəfərin saxlanıldığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, SEPAH kəşfiyyatının açıqlamasını İranın "Tasnim" xəbər agentliyi yayıb.

Qurumun yaydığı məlumata görə, saxlanılan şəxslər “vətənə xəyanət edərək” ABŞ-İsrail ittifaqına aid kəşfiyyat strukturlarına Qızıl Aypara mərkəzlərinin və nəzarət-buraxılış məntəqələrinin koordinatlarını ötürüblər. Bundan əlavə, onların zərbə endirilmiş həssas obyektlərin şəkillərini göndərərək həmin hədəflərə hücumların yönləndirilməsində iştirak etdikləri bildirilir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
icma.az

1Mənbələr