AZ

Müharibənin yeni qanunu Canlı qüvvəyə gərək yoxdur?

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Baş verən müharibələr göstərir ki, pilotsuz uçuş aparatları (PUA) və yüksək texnologiyalar döyüşlərin nəticəsinə əhəmiyyətli təsir göstərir. Müasir müharibələrdə insan resursu hələ də vacibdir, lakin texnologiya, xüsusilə dronlar, kiberhücum alətləri və uzaqmənzilli izləmə sistemləri, strateji üstünlük üçün həlledici rol oynamağa başlayıb. Dronların geniş yayılması döyüş taktikalarını dəyişir, kiçik qrupların uzaq məsafələrdə böyük zərbə endirməsinə imkan yaradır. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, son dövrlərdə dünyada baş verən silahlı münaqişələrdə daha çox müasir texnologiyalara üstünlük verildiyini görürük. Bu, həm kəşfiyyat, həm də zərbə xarakterli pilotsuz uçuş aparatlarını əhatə edir. "Ona görə də indiki müharibələr 21-ci əsrin müharibəsi kimi xarakterizə olunur və bu, tamamilə təbiidir, çünki biz özümüz bu müharibəni yaşamışıq. Məsələn, 44 günlük savaşda tətbiq etdiyimiz pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli raket texnologiyaları və digər silah-sursat, artıq müharibələrin əvvəlki müharibələrdən fərqli olduğunu göstərir. Burada bir neçə əsas faktor var: birincisi, rəhbərlik şəxsi heyətin həyatını qorumağa üstünlük verir; ikincisi isə, bir pilotsuz uçuş aparatı minlərlə insanın görə biləcəyini rahatlıqla müşahidə edə bilir. Yəni hansısa bir A və ya B nöqtəsini nəzarətdə saxlamaq üçün yüksək texnologiyalardan istifadə olunur və döyüşlərin gedişatına komandirlərin tətbiq etdiyi müasir avadanlıqlar ciddi təsir göstərir".Ekspert bildirib ki, hücuma hazırlaşan tərəfin planlarını səngitmək üçün dronlardan istifadə olunur, loqistika və rabitə sistemləri sıradan çıxarılır, hava hücumundan müdafiə avadanlıqları zərərsizləşdirilir. "Bütün bunlar həlledici rol oynayır. Qarşıdakı illərdə isə bütün ölkələrin bu texnologiyalara daha çox yer ayıracağını görəcəyik. Əlbəttə, tank və topların da rolu var, amma yüksək texnologiyalar müharibələrin taleyini həll edən əsas amil kimi çıxış edir. 44 günlük savaşdan sonra Ukrayna nümayəndə heyəti Azərbaycana gəldi və dronların taktiki istifadəsi ilə maraqlandı. Onlar qeydlər apardılar və indi də görürük ki, Ukrayna əsgər çatışmazlığı hiss etməsinə baxmayaraq, dronlardan daha geniş istifadə edir, Rusiya ordusunun şəxsi heyətinə ciddi zərbələr endirir. Eyni zamanda, İsrail və ABŞ İrana qarşı apardıqları əməliyyatlarda dronlardan geniş istifadə edir, İran isə yaxın Şərqdəki mülki və hərbi infrastrukturu uzaq mənzilli raketlər və dronlarla hədəfə alır".Onun sözlərinə görə, 21-ci əsrin müharibəsi tamamilə yeni mənzərəyə sahibdir və tərəflər bu texnologiyalardan rahatlıqla istifadə edirlər. "Bu, həm şəxsi heyətin həyatını qoruyur, həm də müharibənin gedişatına ciddi təsir göstərir. Mən tamamilə demirəm ki, bu yüz faiz təsir edir, amma əhəmiyyəti çox böyükdür. Məsələn, Rusiya-Ukrayna müharibəsində FPV dronları Rusiya əsgərlərinin kabusuna çevrilib. Qarşıdakı illərdə dron texnologiyası həm kəşfiyyat, həm də döyüş tapşırıqlarının icrası üçün daha geniş istifadə olunacaq. Müasir 21-ci əsrin müharibəsi həm təkmilləşir, həm də yeni üsul və texnologiyalardan faydalanır".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
demokrat.az

1Mənbələr