AZ

"Xocəsən" stansiyasının qarşısında vətəndaşlara parkinq qadağası - ŞİKAYƏT

Metronun "Xocəsən" stansiyasının qarşısında yerləşən avtomobil parkının vətəndaşlar üçün qapalı olması narazılıq yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.Az-a sakinlər şikayət ünvanlayıb.

Onlar bildiriblər ki, sözügedən ərazidə üç ayrı-ayrı hissədən ibarət parklanma xətləri olan, standartlara uyğun avtomobil dayanacağı meydançası var:

"Lakin bu dayanacaqlar süni maneələrlə hasarlanıb və şlanbaumla bağlanıb. Bura yalnız metropoliten əməkdaşlarına maşınla xüsusi kart vasitəsi ilə giriş icazəsi verilir.

Naməlum səbəbdən stansiyanın avtomobil dayanacağı vətəndaşlara bağlıdır. Bu səbəbdən vətəndaşlar məcbur qalaraq həmin ərazidə ara məhəllələrdə, yolun təhlükəli hissələrində avtomobillərini park edərək şəhərə metro ilə getməyə məcbur olurlar. Hökumət təşviq edir ki, tıxacların azalması üçün ictimai nəqliyyatdan istifadə edək. Xocasən, Sulutəpə əhalisinin bir hissəsi maşınını stansiyanın qarşısında saxlayıb şəhərə metro ilə gəlirdi. İndi isə maşın saxlamağa yer tapmırıq deyə avtomobilimizlə getməyə vadar oluruq".

"Bakı Metropoliteni" QSC-dən şikayətə cavab olaraq bildirilib ki, həmin ərazi metropolitenin texniki zonası və xidməti sahəsidir.

Seçilən
55
2
bakivaxti.az

3Mənbələr