AZ

DİM buraxılış imtahanları iştirakçıları arasında sorğu aparır

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 mart, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) martın 9 və 15-də keçirilmiş buraxılış imtahanlarından sonra iştirakçıların imtahan təcrübəsinin öyrənilməsi məqsədilə onlayn sorğu keçirir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, sorğunun keçirilməsində əsas məqsəd imtahan prosesi ilə bağlı iştirakçıların fikirlərini öyrənmək və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir. Əldə olunacaq nəticələr imtahanların təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində istifadə olunacaq.

Sorğuda martın 9 və 15-də buraxılış imtahanı vermiş şagirdlər iştirak edə bilərlər. DİM bütün imtahan iştirakçılarını sorğuda fəal iştirak etməyə dəvət edir.

Şagirdlər “Sorğu bölməsində” iş nömrəsi (8 rəqəmli şagird kodu), soyad, ad və ata adını müvafiq hissələrə daxil edib sorğuda iştirak edə bilərlər.

Müxbir – Aysel Azadqızı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
5
azertag.az

6Mənbələr