AZ

“Bakı Kuboku” beynəlxalq turnirinə start verilib

“Neftçi” və Moskva “Dinamo”sunun birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəsi, unudulmaz “9 nömrə”miz Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş “Bakı Kuboku” beynəlxalq turnirinə start verilib.

Apasport.az xəbər verir ki, 2015-ci ilədək təvəllüdlü futbolçular arasında “Palms Sports” Futbol Mərkəzində keçirilən turnirin ilk günündə 8 oyun baş tutub.

“B” qrupunda yer alan “Neftçi” əvvəlcə Voronej “Dinamo”su ilə qarşılaşıb. Komandamız Salman Səlimovun vurduğu qolla hesabı açsa da, sonda məğlub olub – 1:6. “Ağ-qaralar” günün ikinci matçında “Qarabağ”a 1:4 hesabı ilə uduzub.

“Neftçi”nin heyətində yenə Salman Səlimov fərqlənib.“B” qrupunda digər oyunlar belə nəticələnib:

“Qarabağ” – “Göztepe” 5:5

“Göztepe” – “Dinamo” (Voronej) 0:6

A qrupunun ilk oyunlarında Moskva "Dinamo"su "Kayrat"a 1:0, "Beşiktaş" isə "Ulduz"a 3:1 hesabı ilə qalib gəlib. İkinci matçlarda "Kayrat" "Ulduz" üzərində 2:1 hesablı qələbə qazanıb, "Beşiktaş"la "Dinamo" isə xalları yarı bölüblər – 1:1.

A qrupunda 2 oyundan 4 xal toplayan "Beşiktaş" və "Dinamo" (Moskva) 1-2-ci yerləri bölüşürlər. "Kayrat" 3 xalla 3-cü, xalsız qalan "Ulduz" sonuncudur.

B qrupunda maksimum nəticə göstərən "Dinamo" (Voronej) 6 xalla liderdir. "Qarabağ" 4 xalla 2-ci, "Göztəpə" 1 xalla 3-cü, "Neftçi" 0 xalla 4-cüdür.

"Ağ-qaralar" sabah qrupdakı son matçını "Göztəpə"yə qarşı keçirəcək. Bundan başqa, "Dinamo" (Voronej) "Qarabağ"la, "Dinamo" (Moskva) "Ulduz"la, "Kayrat" isə "Beşiktaş"la yarışacaq.

Daha sonra A qrupunun qalibi B qrupunun 2-cisi ilə, B qrupunun qalibi isə A qrupunun 2-cisi ilə qarşılaşacaq. Qruplarda 3-cü və 4-cü yeri tutanlar da eyni qaydada mübarizə aparacaqlar.

Turnirin sonuncu günü – martın 21-də 7-ci, 5-ci, 3-cü yerlər uğrunda oyunlar və final matçı keçiriləcək. Həlledici görüşdən sonra mükafatlandırma mərasimi təşkil olunacaq.

Qeyd edək ki, "Bakı Kuboku" beynəlxalq turniri "Neftçi TV" vasitəsilə canlı yayımlanır.

Məşqçi kurslarına start verilib

"Araz-Naxçıvan"ın iki futbolçusu milli komandalarda

Azərbaycan klubları Ronaldo uğrunda mübarizədə - SON DƏQİQƏ

Premyer Liqa: Lider “Sumqayıt”a qarşı - YENİLƏNİR

Millimizin heyəti bəlli olub

Seçilən
77
5
apasport.az

6Mənbələr