ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Kırıkkale şəhərində hərəkətdə olan LPG-li avtomobilin mühərrik hissəsində qəfil yanğın baş verib. Alov qısa müddətdə böyüyərək nəqliyyat vasitəsini tam yararsız hala salıb.Avtosfer.az türk mediasına istinadən xəbər verir ki,hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alova müdaxilə edərək yanğını söndürməyə nail olublar. İlkin məlumata görə, xəsarət alan olmayıb.Bildirilib ki, sürücü avtomobili Ramazan bayramında istifadə etmək məqsədilə qohumundan - bacısı oğlundan bir neçə saat əvvəl götürüb. Faktla bağlı araşdırma aparılır./sonxeber.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.