AZ

Zakir Həsənov bayramlar münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Bakı.Trend:

Azərbaycan Respublikası müdafiə nazirinin Novruz və Ramazanbayramları münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrikünvanlayıb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Təbrikdə deyilir ki, Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar,kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları vəmülki işçilər!

Sizi xalqımızın milli-mənəvi və mütərəqqi islami dəyərləriniözündə yaşadan Novruz bayramı və mübarək Ramazan bayramımünasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəmcansağlığı, çətin, eyni zamanda, şərəfli və müqəddəs xidmətinizdəuğurlar arzulayıram.

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinəticəsində dövlət səviyyəsində qeyd olunan və xalqımızın ən əzizbayramı sayılan Novruz yazın gəlişindən, təbiətin oyanışından xəbərverdiyi kimi, müqəddəs Ramazan bayramı da xalqımızın humanizmprinsiplərinə sadiqliyini, mərhəmət və mənəvi kamillik dəyərləriniözündə təcəssüm etdirir. Şərqlə Qərbin qovşağında yerləşənAzərbaycan qədim zamanlardan müasir günümüzədək milli-mənəvidəyərlərimizə əbədiyaşarlıq qazandıraraq Novruz ənənələrimiziqoruyub saxlayıb. Tarixin ən sərt mərhələlərində belə xalqımızNovruzun gəlişini, müqəddəs Ramazan bayramını özünəməxsus coşqu vəyüksək əhval-ruhiyyə ilə qeyd edib. Odlar yurdu Azərbaycanda Novruzvə Ramazan bayramlarının ənənələrinin yaşanması xalqımızınmilli-mənəvi dəyərlərinə bağlılığının bariz nümunəsidir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevinapardığı uğurlu siyasət nəticəsində müstəqil respublikamızdavətəndaş həmrəyliyinə nail olunub, ölkəmiz dünya dövlətlərisırasında ən layiqli yerlərdən birini tutub. Bu gün ölkəiqtisadiyyatının dayanıqlı inkişafı təmin edilib, dövlətçilikənənələrimiz daha da möhkəmlənib. Prioritet istiqamətlərdən hesabedilən ölkəmizin hərbi qüdrətinin və ordumuzun peşəkarlığının dahada artırılması məqsədilə atılan addımlar həyata keçirilənislahatların əsas hissələrindəndir. Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə dövlət və ordu quruculuğu istiqamətində görülənmühüm işlər sayəsində Azərbaycanın dünyada nüfuzu daha da artmış,xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatmışdır.

Bu inamlı fəaliyyətlərin məntiqi nəticəsidir ki, Müzəffər AliBaş Komandanın sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində,eləcə də sonrakı döyüş əməliyyatlarında Azərbaycan Ordusunun əsgərvə zabitlərinin göstərdiyi qəhrəmanlıqlar, fədakarlıq nümunələrisayəsində 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixitorpaqlarımız azad edildi. Müzəffər Ali Baş Komandanın inamlı vəuzaqgörən siyasəti, qətiyyətli mövqeyi, ordumuzun qüdrəti sayəsindəparlaq Qələbə qazandıq, respublikamızın ərazi bütövlüyünü vəsuverenliyini tam təmin etdik.

Ötən il Bakı şəhərində möhtəşəm şəkildə keçirilən 8 Noyabr –Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş hərbi paradgündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyinin birdaha təsdiqidir.
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıqİli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinintarixi Sərəncamı işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslıyenidənqurma, bərpa və abadlıq işlərinin aparılmasında mühüm roloynayacaqdır.

Rəşadətli Azərbaycan Ordusu işğaldan azad olunmuş ərazilərdəVətənimizin keşiyində mətinliklə dayanmaqla genişmiqyaslıbərpa-quruculuq işlərinin icrasına layiqli töhfələrverməkdədir.

Azərbaycanın müstəqilliyinin qorunması, ərazi bötövlüyünün vəsuverenliyinin bərpası uğrunda canlarından keçən bütünşəhidlərimizin xatirəsini hər zaman olduğu kimi Novruz və Ramazanbayramları ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik.Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezidentMehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində şəhidailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması,qayğılarının həlli istiqamətində mühüm addımlar atılır. Şəhidlərinvalideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirənsilahdaşlarımızı, əziz veteranları əlamətdar günlər münasibətilətəbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki,bu mübarək bayramlar gəlişi ilə ölkəmizə əmin-amanlıq, ailələrimizəxoşbəxtlik, süfrələrimizə bol ruzi-bərəkət gətirsin.

Bir daha hər birinizi Novruz və Ramazan bayramları münasibətiləürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailəsəadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.
Novruz və Ramazan bayramlarınız mübarək olsun!

Seçilən
85
2
az.trend.az

3Mənbələr