AZ

Den Keyn: ABŞ Xark adasında 90-dan çox hədəfə zərbə endirib

Vaşinqton, 19 mart, AZƏRTAC

Amerika Birləşmiş Ştatları (ABŞ) qüvvələri İranın neft şəbəkəsi üçün həyati əhəmiyyət kəsb edən Xark adasında 90-dan çox hədəfə zərbə endirib.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ hədəflərinə adanın yalnız hərbi infrastrukturu - hava hücumundan müdafiə sistemləri, dəniz bazası və mina saxlama obyektləri daxildir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Seçilən
51
2
azertag.az

3Mənbələr