"Real"ın qapıçısı Tibo Kurtuanın sağ budunun dördbaşlı əzələsində zədə aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı belçikalı qolkiper UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" ilə keçirilən cavab oyununda (2:1, ilk oyun - 3:0) sıradan çıxıb. O, fasilədə həmkarı Andrey Luninlə əvəzlənib.
İspaniya mətbuatının məlumatına görə, Kurtuanın bərpası təxminən 6 həftə çəkəcək.