AZ

İsrail ordusu Beyrutu bombalayır son 24 saatda 56 ölü

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsrail Livanın paytaxtı Beyruta və digər ərazilərə hücumlarını davam etdirir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu hücumlar nəticəsində son 24 saat ərzində daha 56 nəfər həyatını itirib.

Martın 2-dən etibarən Livana hücumlarını davam etdirən İsrail ordusu dünən çoxsaylı mülki yaşayış məntəqələrini bombalayıb. Beyrutun mərkəzində, otellər və müəssisələrlə əhatə olunmuş çoxmərtəbəli binanın bombalanması kameraya düşüb.

Livanın cənubundakı Litani çayı üzərindəki körpüləri və keçid məntəqələrini hədəf alacağını elan edən İsrail ordusu, ərazidəki sakinlərdən evlərini tərk edərək ölkənin şimalına köçmələrini istəyib.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
525.az

1Mənbələr