AZ

Səfir: Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram

Bakı, 19 mart, AZƏRTAC

Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edən Meksikanın ölkəmizdəki səfiri xanım Mariya Viktoriya Romero Kabalyero ürək sözlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayan Mariya Viktoriya Romero Kabalyero deyib: “Novruz bayramı münasibətilə bütün azərbaycanlılara təbrik mesajı ünvanlamaq imkanı yaratdığı üçün AZƏRTAC-a təşəkkürümü bildirirəm. Baharın gəlişini və ruhun yenilənməsini simvolizə edən bu əlamətdar ənənənin xalqınıza rifah və xoşbəxtlik gətirməsini diləyirəm.

Novruz bayramınız mübarək!”

 
Müxbir – Fidan Əlizadə
Seçilən
93
2
azertag.az

3Mənbələr