AZ

FIFA Dünya Çempionatı ilə bağlı “YouTube”la tərəfdaşlıq edəcək


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) və “YouTube” internet video platforması 2026-cı il Dünya Çempionatı ilə bağlı tərəfdaşlıq üçün razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Tərəfdaşlıq matçları yayımlamaq hüququ olan yayımçılara oyunları tamaşaçılara qlobal çıxışı təmin edən video platformada canlı yayımlamağa imkan verəcək.
Dünya Çempionatının yayım hüquqlarının sahiblərinin turnir oyunlarının ilk 10 dəqiqəsini video platformada göstərəcəkləri və bununla da azarkeşləri oyunları ənənəvi kanallarda izləməyə təşviq edəcəkləri bildirilir.
Bundan əlavə, yayımçılar seçilmiş matçları “YouTube” kanallarında tam şəkildə yayımlaya biləcəklər. Bununla da qlobal auditoriyanı cəlb edəcək və daha çox matçı harada izləmək lazım olduğunu təbliğ edəcəklər.
Seçilən
52
yeniavaz.com

1Mənbələr