AZ

AMB-də KOB-lar üçün kredit şərtlərinin təkmilləşdirilməsi müzakirə olunub

Azərbaycan Mərkəzi Bankında (AMB) kiçik və orta biznes (KOB) üçün kredit şərtlərinin təkmilləşdirilməsi müzakirə edilib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"AMB-nin İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti geniş iclasını keçirdik. Şurada təmsil olunan qurumların rəhbər şəxsləri ilə birlikdə real sektorun maliyyələşdirilməsi, kredit resurslarına çıxışın daha da asanlaşdırılması, KOB-un dəstəklənməsi mexanizmləri, eləcə də innovativ maliyyə alətlərinin tətbiqi məsələləri ətrafında geniş müzakirələr apardıq.

Sahibkarların səsləndirdiyi məsələlər və təkliflər bizim üçün vacib istiqamətverici rol oynayır. Görüşdə xüsusilə kiçik və orta biznesin dəstəklənməsi, kredit şərtlərinin təkmilləşdirilməsi, girov mexanizmlərinin optimallaşdırılması və rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi əsas diqqət mərkəzində oldu.

Əminəm ki, maliyyə-bank sektoru ilə biznes ictimaiyyəti arasında davamlı dialoq qarşılıqlı etimadı daha da gücləndirəcək", - deyə o qeyd edib.

Seçilən
7
fed.az

1Mənbələr