AZ

Premyer Liqa: “Zirə” Yevlax səfərində 3 xal qazanıb

Bakı, 19 mart, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Zirə” səfərdə “Karvan-Yevlax”ın qonağı olub. Yevlax şəhər stadionunda oynanılan qarşılaşma “qartallar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 79-cu dəqiqədə Anatoli Nuriyev vurub.

Hazırda Bakı klubu 42 xalla 4-cü, Yevlax təmsilçisi isə 8 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.

Günün digər oyununda lider “Sabah” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Görüşə saat 19:15-də start veriləcək.

Qeyd edək ki, XXV turun açılış oyununda “Araz-Naxçıvan” səfərdə “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib. Turun “Kəpəz” – “Qarabağ” və “Neftçi” – “İmişli” görüşləri martın 20-də keçiriləcək.

 

Seçilən
35
azertag.az

1Mənbələr