AZ

İndoneziyanın Atma Jaya Universitetində təqaüdlə təhsil imkanı

Bakı, 19 mart, AZƏRTAC

İndoneziya Respublikasının Atma Jaya Universiteti 2026–2027-ci tədris ili üzrə xarici tələbələr üçün “İnkişaf etməkdə olan ölkələrin tərəfdaşlığı təqaüdü” proqramını elan edir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində müxtəlif ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində təhsil almaq imkanı yaradılır.

Təqaüd proqramına müraciətlər martın 31-idək davam edəcək. Proqramın şərtləri və müraciət qaydaları ilə bağlı ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Seçilən
85
2
azertag.az

4Mənbələr