“Bizim seçkidə qalib gəlməyimiz başlayan sülh prosesinin davam etdirilməsi deməkdir. Müharibə partiyasına gəlikdə, onlar hakimiyyətə gələcəkləri təqdirdə, sülhü yenidən nəzərdən keçirəcəklər. Sülhün yenidən nəzərdən keçirilməsi qaçılmaz müharibə deməkdir”.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, yeni müharibə təkcə ərazi itkisi deyil, suverenliyin itirilməsinə səbəb olacaq: “Bunu açıq şəkildə deyirəm. Sülhü yenidən nəzərdən keçirən şəxslər nə dediklərini başa düşmür, sadəcə başqa yerdə yazılanları təkrarlayır. Bu şəxslər sülhü yenidən nəzərdən keçirmək mövqeyindən çıxış edirlər ki, bu da seçkilərdən sonra yaxın gələcəkdə, ən geci payızda qaçılmaz müharibə deməkdir. Onlar dəhşətli nəticələrə səbəb olacaq yeni bir sentyabr müharibəsi hazırlayırlar. Hakimiyyət məhz buna görə hibrid təhdidlər və dezinformasiya ilə mübarizə aparmaq üçün bütün tərəfdaşlarla əməkdaşlıq edir”.
Paşinyan qeyd edib ki, sülhü şübhə altına alanların məqsədi Ermənistanı əyalət kimi saxlamaqdır: