AZ

ABŞ-ın mərkəzində sirli dron həyəcanı: Onlar nazirliklərin üzərində uçdular

ABŞ-ın iki əsas rəsmisinin, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin iştirak etdiyi hərbi obyekt üzərində naməlum dronların aşkar edildiyi iddia edilir.

Turkustan.az xəbər verir ki, bu iddialar Vaşinqtonda təhlükəsizliklə bağlı narahatlıqları yenidən ön plana çıxarıb.

“Washington Post” qəzetinin adı açıqlanmayan üç ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ və İsrailin İrana hücumlarından sonra Amerika ordusu potensial təhdidləri daha yaxından izləməyə başlayıb.

Bu kontekstdə, son 10 gün ərzində Rubio və Hegsetin yerləşdiyi Vaşinqtondakı hərbi baza Fort MakNeyr üzərində tək bir gecədə çoxsaylı pilotsuz uçuş aparatlarının (PUA) müşahidə edildiyi iddia edildi. Hakimiyyət orqanları bu PUA-ların mənşəyini müəyyən edə bilmədilər.

Hesabatda hadisədən sonra təhlükəsizlik tədbirlərinin artırıldığı və Ağ Evdə məsələ ilə bağlı görüş keçirildiyi bildirilib. Rəsmilərin iki nazirin başqa yerə köçürülməsini nəzərdən keçirdiyi bildirilsə də, bu addım hələ atılmayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
87
1
turkustan.az

2Mənbələr