AZ

Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 1-də Cəlilabad rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan və Neftçala rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı martın 31-dək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı aprelin 1-də 08:00-da Cəlilabad Olimpiya İdman Kompleksində keçiriləcək.

Qeyd edilib ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Seçilən
4
49
apa.az

10Mənbələr