AZ

Epşteynin “model tələsi” - Milyarderin seks köləsi olan rus qadın şok detalları açdı

ABŞ-da qalmaqallı maliyyəçi Ceffri Epşteynlə bağlı yeni faktlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Moskvadan olan model Lana Pojidayeva (əsl adı Svetlana Pojidayeva) “Wall Street Journal”a müsahibəsində onun qurduğu şəbəkə barədə sensasion açıqlamalar verib.

O bildirib ki, Epşteyn 2008-ci ildə azyaşlı ilə bağlı məhkəmə qalmaqalından sonra taktikasını dəyişərək Avropa və Rusiyadan gənc görünüşlü modelləri hədəfə almağa başlayıb.

Pojidayevanın sözlərinə görə, o, Epşteyn tərəfindən "Victoria's Secret" kastinqi vədi ilə aldadılıb. Lakin kastinq baş tutmayıb və model onun təsiri altına düşərək faktiki olaraq seks köləliyinə məruz qalıb.

O qeyd edib ki, təzyiqlər nəticəsində digər qızları da bu şəbəkəyə cəlb etməyə məcbur edilib: “Özümü model agentliyinin nümayəndəsi kimi təqdim edirdim, qızları tapır, yaşlarını yoxlayır və şəkillərini ona göndərirdim”.

Seçilən
62
publika.az

1Mənbələr