Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən 2026-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 6 milyard 311,5 milyon manat, xərcləri 4 milyard 643,1 milyon manat təşkil etmişdir.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Qeyd edilib ki, büdcənin icrasında 1 milyard 668,4 milyon manatlıq və ya ümumi daxili məhsulun 9,0 faizi qədər profisit yaranmışdır.