AZ

Yanvar ayında Qazaxıstanın Azərbaycana ixracı 15 milyon dolları keçib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Astana, 19 mart, AZƏRTAC

Qazaxıstanın Azərbaycanla xarici ticarəti 2026-cı ilin yanvar ayında 19,7 milyon dollar və ya hesabat dövrü üçün Qazaxıstanın ümumi ticarət dövriyyəsinin 0,2 faizini təşkil edib.

AZƏRTAC-ın Qazaxıstan Milli Statistika Bürosuna istinadla verdiyi məlumata görə, Azərbaycana ixrac 15,6 milyon dollar və ya ümumi ixracın 0,2 faizini təşkil edib.

Qazaxıstana idxal 4,1 milyon dollar və ya ümumi idxalın 0,1 faizi həcmində olub.  

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
3
azertag.az

4Mənbələr