Qocalığın başlama yaşı getdikcə dəyişir.
Ölkə.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu sözləri rusiyalı terapevt Pavel Vorobyov deyib.
Onun sözlərinə görə, rəsmi olaraq yaşlılıq dövrü 60 yaşdan başlayır, lakin reallıqda bu yaş daha aşağı ola bilər. Çünki qocalıqla əlaqələndirilən xəstəliklər çox vaxt daha erkən ortaya çıxır. Məsələn, ürək xəstəliklərinə 45 yaşlı insanlarda da rast gəlinir, diabet isə hətta gənclərdə də ola bilər.
Bununla yanaşı, Vorobyov qeyd edib ki, qocalığın başlama yaşı getdikcə artır. Həkimin sözlərinə görə, bunun əsas səbəbləri tibbin inkişafı, yeni müalicə üsullarının yaranması və ağır infeksiyaların azalmasıdır.
“Bu gün 60 yaşında olan bəzi insanlar əvvəllər 40 yaşında necə görünürdüsə, elə görünür. 75–80 yaşında olan bir çox insan isə effektiv işləyir və normal həyat yaşayır”, — deyə həkim bildirib.
Mütəxəssis əlavə edib ki, qocalığın əsas meyarı insanın özünü necə hiss etməsi və öz yaşını necə qiymətləndirməsidir.
Həmidə İbrahimova