AZ

326 milyonluq qaçaqmalçılıqda təqsirləndirilən şəxslər barəsində qərar verildi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılmış cinayət işi üzrə şübhəli bilinən Elvin Şirinov, Zöhrab Hidayətov və Qaçqın Hümbətovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elvin Şirinov 8 il, Zöhrab Hidayətov 9 il, Qaçqın Hümbətov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər AR Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunurlar. Belə ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib, ixrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim edib, 326 milyon manatdan çox xüsusilə külli miqdarda məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib, bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub.

Seçilən
115
9
publika.az

10Mənbələr