AZ

Yaxın Şərqdə itkilərin sayı açıqlandı - STATİSTİKA

Yaxın Şərqdə münaqişə qurbanlarının sayı açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" regionda baş verən son hadisələrlə bağlı məlumat yayıb.

Məlumata görə, ABŞ və İsrailin 28 fevralda İrana endirdiyi zərbələrdən və İranın cavab hücumlarından sonra Yaxın Şərqdə minlərlə insan həlak olub və yaralanıb.

Açıqlanan statistikaya əsasən, itkilər belədir:

İranda ən azı 1444 nəfər həlak olub, 18551 nəfər yaralanıb.

Livanda 2 martdan etibarən İsrailin hücumları nəticəsində 100-dən çox uşaq da daxil olmaqla 968 nəfər ölüb.

İraqda 60 nəfər həlak olub, onların əksəriyyəti İran tərəfdarı qüvvələrin üzvləridir.

İsraildə Livanın cənubunda 15 mülki şəxs və iki hərbçi daxil olmaqla 17 nəfər həyatını itirib.

ABŞ-də 13 əsgərin öldüyü bildirilir. Onlardan yeddisi İrana qarşı əməliyyatlarda, altısı isə İraqda baş verən təyyarə qəzasında həlak olub.

Birləşmiş Ərəb Əmirliklərində 2 hərbçi də daxil olmaqla 8 nəfər ölüb.

Küveytdə 6 nəfər həyatını itirib.

Fələstində, işğal altında olan Qərb Şəriyəsində 3 qadın öldürülüb.

Suriyada 4 nəfər, Omanda 3 nəfər, Səudiyyə Ərəbistanında 3 nəfər və Bəhreyndə 3 nəfər həlak olub.

Bundan başqa, Fransanın bir hərbçisi Şimali İraqda pilotsuz uçuş aparatının hücumu nəticəsində ölüb.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
52
1
redaktor.az

2Mənbələr