ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın gizli casus təyyarəsi Aralıq dənizinə təcili eniş edib.
Gloalinfo.az xəbər verir ki, bu barədə “Military Watch Magazine” mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, hadisə ötən həftə sonu Yunanıstanın Larissa şəhərindəki 110-cu Döyüş Alayının yaxınlığında baş verib.
“İrana qarşı əməliyyatda istifadə edilən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus gizli “RQ-180 HALE” kəşfiyyat pilotsuz təyyarəsi Yunanıstanın Larissa şəhərindəki aviabazaya təcili eniş edib.
Yerli sakinlər səmada əvvəllər gördüklərindən kəskin şəkildə fərqlənən forma və görünüşlü dron gördüklərini deyiblər”, – deyə bildirilib.
Qeyd edək ki, “Northrop Grumman” şirkəti “RQ-180” təyyarəsinin hazırlanması üçün 2008-ci ildə müqavilə imzalayıb. Layihənin maliyyələşdirilməsi gizli saxlanılıb. Pilotsuz təyyarə olduğu düşünülən təyyarənin fotoşəkilləri ilk dəfə 2020-ci ildə ortaya çıxıb. Bu, üçbucaq formalı təyyarədir.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.