AZ

Energetika naziri Ağsuda vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Ağsu rayon Heydər ƏliyevMərkəzində vətəndaşları qəbul edib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda vətəndaşların elektrik enerjisi və təbiiqaz təchizatı, elektrik verilişi xətlərinin mühafizə zonası,elektrik enerjisinin fasilələrlə verilməsi, elektrik enerjisininkeyfiyyəti, elektrik xətlərinin istismar vəziyyəti, qazsayğaclarının dəyişdirilməsi, işlə təminat və digər məsələlərə dairmüraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcudqanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlliməqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı iləkeçirilmiş qəbulda Ağsu, Ağcabədi, Göyçay rayonlarından olan 14vətəndaş iştirak edib.

Energetika
Energetika
Məqalədə:
Seçilən
44
8
az.trend.az

10Mənbələr