AZ

YAP Kəlbəcər rayon təşkilatının nümayəndələri Novruz və Ramazan bayramları münasibətilə Şəhid ailələrini ziyarət edib

YAP Kəlbəcər rayon təşkilatının sədri Gəncə şəhərinin Gülüstan qəsəbəsində, antiterror əməliyyatları zamanı şəhid olmuş Mehdiyev Şəhriyar Mübariz oğlunun, Mingəçevir şəhərində antiterror əməliyyatlarında şəhid olmuş Tağızadə Cahangir Qurban oğlunun, Samux rayonu Karayeri qəsəbəsində yaşayan Vətən çüharibəsi şəhidi Bəylərov Seymur Səlyəddin oğlunun və Göygol rayon Bənövşəli kəndində Vətən müharibəsi şəhidi Bayramov Samir Elxan oğlunun ailələrini ziyarət edib.

Sədr Həbib Misirov bayramlar münasibətilə şəhid ailələrini təbrik edərək, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən, eləcə də antiterror əməliyyatları nəticəsində əldə olunan uğurlardan bəhs edərək bildirib ki, Azərbaycanın suverenliyi tam bərpa olunub üçrəngli bayrağımız artıq bütün ərazilərimizdə qürurla dalğalanır.

Həmçinin qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Böyük Qayıdış proqramına uyğun olaraq Kəlbəcər rayonuna köç prosesi artıq başlayıb.

Şəhidin ailələrinin üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etdilər.  Görüşdə şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıq, keçdikləri şərəfli döyüş yolu və tarixi zəfərimizin qazanılması haqqında ətraflı söhbət aparıldı.

Seçilən
83
yeniazerbaycan.com

1Mənbələr