AZ

Avropa Trampın xahişini yerə saldı – “Bu, bizim müharibəmiz deyil”

ABŞ Prezidenti Donald Tramp ölkələrdən İrana qarşı qlobal səylərə qoşulmağı və Hörmüz boğazının açılması üçün gəmilər yerləşdirməyi xahiş edib. Bu boğazın bağlanması qlobal iqtisadiyyata ciddi təsir göstərib.

“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, lakin Vaşinqtonun ən yaxın müttəfiqlərindən bəziləri bu çağırışa qarşı çıxıb.

Almaniya Kansleri   Fridrix Merts  alman qanunvericilərinə bildirib ki, İranın qonşularına təhlükə yaratmasına icazə verilməməlidir, lakin ABŞ-İsrail müharibəsinin arxasındakı məntiqə şübhə edir:

“Bu günə qədər əməliyyatın necə uğur qazanacağına dair inandırıcı plan yoxdur. Vaşinqton bizimlə məsləhətləşməyib və Avropa yardımının zəruri olduğunu deməyib”.

O daha sonra deyib:

“Biz bu hərəkəti davam etdirməməyi tövsiyə edirik. Müharibə davam etdiyi müddətdə, məsələn, hərbi yolla Hörmüz boğazının açılması əməliyyatında iştirak etməyəcəyimizi bəyan etdik”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
72
yenisabah.az

1Mənbələr