AZ

Sloveniyanın RTV telekanalı Bakıda Mehdi Hüseynzadə haqqında film çəkəcək

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycan Kinematoqrafçılar ittifaqında (AKİ) Sloveniyanın RTV telekanalının əməkdaşları ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a AKİ-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Kinematoqrafçılar ittifaqının katibi, rejissor və prodüser Tahir Tahiroviçlə baş tutan görüşün mövzusu, sözügedən telekanalın Bakıda əfsanəvi partizan Mehdi Hüseynzadə haqqında filmin çəkilişi olub.

Tahir Tahiroviç, müəllifi olduğu “Təxəllüsü: Mixaylo” filminin çəkilişlərindən qonaqlara bəhs edib və Mehdi Hüseynzadə haqda olan arxiv materiallarını həmkarlarına təqdim edib.

Görüş zamanı, o, Sloveniya ilə sıx yaradıcı əlaqələrin şərəfinə Bakıda təsis edilən “Nova Gorica ” kino mərkəzindən söhbət açıb.

RTV telekanalının əməkdaşları Zvezdan Martiç, Ziga Ropret və Ales Zivec T. Tahiroviçə onun təsis etdiyi kino şirkətinə Sloveniyanın şəhərinin adının verilməsindən məmnunluqlarını və təşəkkürlərini bildiriblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
3
azertag.az

4Mənbələr