Əsl dövlət adamı Niyazi Bayramovun yubiley yaşına özəl olaraqHər bir insanın dünyaya gəlişi, həyat və fəaliyyəti müəyyən missiya ilə əlaqədardır. Bu mənada hər kəs yaşadığı dövrdə Tanrı tərəfindən ona həvalə olunmuş missiyanı həyata keçirmiş olur. Bəşəri duyğularla yaşayan, dövlətinə, xalqına layiqli övlad olmağa çalışan, onun yolunda hər cür fədakarlığa hazır olan insanlar bu missiyanı uğurla icra edir və bundan xüsusi zövq alır.Məhz belə insanlardan biridir Niyazi Müzəffər oğlu Bayramov…Sadə fəhləlikdən icra hakimiyyətinin başçısı vəzifəsinə qədər yüksələn bu şəxsiyyət mənalı ömür yolu keçib. 70 illik ömür kitabını vərəqləsək, görərik ki, Niyazi Bayramov sadəliyi, zəhmətkeşliyi, ziyalılığı, alicənablığı, xeyirxahlığı, yüksək idarəetmə bacarığı ilə xalqın sevgisini, dövlət başçısının yüksək etimadını qazanıb. Pillə-pillə ucalaraq ən son olaraq ölkənin 2-ci böyük şəhərinə – ulu Nizami yurdu Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsinədək yüksəlib. Həm də elə-belə, sıradan bir zamanda deyil, Gəncə və gəncəlilər üçün çox ziddiyyətli, qarmaqarışıq bir vaxtda…Niyazi müəllimlə şəxsi tanışlığım 14 il öncəyə, onun Mingəçevir şəhərinə rəhbərlik etdiyi dövrə təsadüf edir. Nur şəhəri məhz onun gəlişindən sonra öz simasını büsbütün dəyişdi. Şəhər sakinlərinin və onun qonaqlarının bu gün də sevə-sevə ziyarət etdiyi Kür çayı sahili boyunca uzanan bulvar onun təşəbbüsüylə əsaslı şəkildə yenidən quruldu. Şəhərin küçə və meydanları, park və bulvarları tamamilə yeni görkəm aldı. Mingəçevirin içməli su və kanalizasiya sistemi, eləcə də şəhərin bütün yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və yenidən qurulması, yaradılmasında başlıca məqsədin ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkil edilməsi, eləcə də əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasından ibarət olan Mingəçevir Sənaye Parkının təməlinin qoyulması və fəaliyyətə başlaması, yeni iş yerlərinin yaradılması, ümumiyyətlə, sadalamaqla bitməyən xeyli uğurların arxasında o illərdə şəhər rəhbəri kimi Niyazi Bayramovun imzası var. Təsadüfi deyil ki, ölkə başçısı cənab İlham Əliyevin Mingəçevirə ən çox səfəri məhz N.Bayramovun icra başçısı işlədiyi dövrə təsadüf edib. Bu ənənə Niyazi müəllimin Gəncəyə rəhbərlik etdiyi indiki dönəmdə də davam etdirilir. Gəncə şəhərində son dövrlərdə aparılan abadlıq və quruculuq işləri şəhərin ümumi görünüşünü köklü şəkildə dəyişmişdir. Müasir infrastrukturun yaradılması, yaşıllıq zolaqlarının genişləndirilməsi və sosial obyektlərin yenilənməsi şəhər sakinlərinin həyat səviyyəsini xeyli yüksəltmişdir. Gəncə əhalisi, şəhid ailələri, o cümlədən müharibə əlilləri və iştirakçıları bu qayğını gündəlik həyatlarında hiss etməkdədirlər.Əminliklə demək olar ki, N.Bayramovun həyat və fəaliyyət yolu dövlət idarəetməsində ilk addımlarını atan hər bir insan üçün əsl məktəbdir.Niyazi Bayramovun ən böyük məziyyətlərindən, mənəvi keyfiyyətlərindən biri də məhz xalqa, dövlətə sadiq insan olmasıdır. Onun həyat amalını ifadə edən bir cümlə var: “Dövlətə və dövlətçiliyə sədaqət”. Bu sözlər təkcə sadə bir fikir deyil, həm də onun fəaliyyətinin, gündəlik işinin, vətəndaşlıq mövqeyinin əsas qayəsini təşkil edir.Sədaqətli insansansa, hamı sənə güvənəcək. Necə ki, Niyazi müəllim bunu hər addımında sübuta yetirib. Ölkə başçısına, dövlətinə sədaqətli olan Niyazi Bayramov kimi insanlar özü kimi olan digər şəxslərə də etibarlıdır.Vaxt, zaman sürətlə ötür. Martın 26-da Niyazi Bayramovun 70 yaşı tamam olur. Bu yubiley münasibətilə əsl dövlət adamı olan Niyazi müəllimi səmimi qəlbdən təbrik edir, can sağlığı, şərəfli işində uğurlar arzu edirəm.Yubileyiniz mübarək, hörmətli Niyazi müəllim!Azər Tağızadə
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


