AZ

Mixail Saakaşvili II İlyanın dəfnində iştirak etmək üçün azadlığa buraxılmasını istədi

BAKI, 19 mart. TELEQRAF

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili katolikos-patriarx II İlya ilə vida mərasimində iştirak etmək məqsədilə müvəqqəti olaraq azadlığa buraxılması üçün müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı eks-prezidentin vəkili yayıb.

Vəkilin sözlərinə görə, müvafiq icazənin alınması üçün artıq rəsmi ərizə ilə müraciət olunub. Hazırda Gürcüstanın aidiyyəti dövlət qurumları tərəfindən həmin müraciətə hələlik rəsmi cavab verilməyib.

Seçilən
27
teleqraf.com

1Mənbələr