BAKI, 19 mart. TELEQRAF
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili katolikos-patriarx II İlya ilə vida mərasimində iştirak etmək məqsədilə müvəqqəti olaraq azadlığa buraxılması üçün müraciət edib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı eks-prezidentin vəkili yayıb.
Vəkilin sözlərinə görə, müvafiq icazənin alınması üçün artıq rəsmi ərizə ilə müraciət olunub. Hazırda Gürcüstanın aidiyyəti dövlət qurumları tərəfindən həmin müraciətə hələlik rəsmi cavab verilməyib.