AZ

Türkiyə Hörmüzə alternativ marşrut tapıb? – Nazirdən AÇIQLAMA

Türkiyənin energetika naziri Alparslan Bayraktar İraq-Türkiyə neft kəmərinin Bəsrəyə qədər uzadılmasını təklif edib. Onun sözlərinə görə, bu layihə reallaşsa, Hörmüz boğazı bağlandığı halda İraq neftinin böyük hissəsini Aralıq dənizinə çıxarmaq mümkün olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters və Türkiyə mediası məlumat yayıb.
 

Bayraktar bildirib ki, Kirkuk-Ceyhan xəttinin ümumi ötürücülük gücü gündə 1,5 milyon barel təşkil edir. Hazırda bu marşrutun yalnız bir hissəsi işləkdir, əsas xətt isə 2014-cü ildən, İŞİD hücumlarından sonra faktiki dayanmış vəziyyətdədir. Türkiyə tərəfi hesab edir ki, mövcud xətti Bəsrəyə qədər uzatmaqla İraq neftini Hörmüzdən yan keçirməklə ixrac etmək olar.


Reuters-in məlumatına görə, İraq artıq şimaldakı Kirkuk yataqlarından neftin Türkiyənin Ceyhan limanına ixracını bərpa etməyə başlayıb. İlkin mərhələdə ixracın gündə 170 min barel həcmində başladığı, sonradan bunun 250 min barelə qədər artırılmasının planlaşdırıldığı bildirilir.

Bu təşəbbüs Yaxın Şərqdə müharibə və Hörmüz boğazındakı böhran fonunda gündəmə gəlib. İraqın cənub neft ixracının kəskin azalması nəticəsində həm Bağdad, həm də Ankara alternativ enerji marşrutlarını sürətləndirməyə çalışır. Reuters yazır ki, məhz bu səbəbdən köhnə Kirkuk-Ceyhan kəmərinin bərpası və genişləndirilməsi indi strateji əhəmiyyət qazanıb.

Bizim.Media

Seçilən
35
2
bizim.media

3Mənbələr