AZ

Qəzzada HƏMAS-ın kəşfiyyat rəhbəri öldürüldü

İsrail Qəzza zolağında HƏMAS-ın kəşfiyyat rəhbərinin məhv edildiyini bildirib.

Bizim.Media xəbər verir ki, İsrail ordusunun açıqlamasına görə, söhbət Xan Yunisdə HƏMAS-ın hərbi kəşfiyyatına rəhbərlik edən Məhəmməd Əbu Şalaldan gedir.

Məlumatda qeyd olunur ki, əməliyyat İsrail Müdafiə Qüvvələri ilə ŞABAK-ın birgə iştirakı ilə həyata keçirilib və Əbu Şalal dəqiq zərbə ilə öldürülüb.

İsrail tərəfi iddia edir ki, Əbu Şalal kəşfiyyat zabiti funksiyasını yerinə yetirirdi və 2023-cü il oktyabrın 7-də İsrailə hücumun planlaşdırılmasında birbaşa iştirak edib.

Açıqlamada həmçinin bildirilir ki, o, son dövrdə Qəzza zolağında təşkilatın döyüş potensialının bərpası üzərində çalışır, eləcə də İsrail hərbçilərinə qarşı hücum planları hazırlayırdı.

Bizim.Media

Seçilən
25
bizim.media

1Mənbələr