AZ

Putin Laricaninin qətli ilə bağlı İrana başsağlığı verdi

Ajans.az xəbər verir ki,Putin İranın yeni ali rəhbəri Müctəba Xameneiyə ünvanladığı başsağlığı mesajında Əli Laricaninin qətli ilə əlaqədar kədərləndiyini bildirib. Putin mesajında yazıb ki, “Əli Laricani öz millətinin maraqlarını qətiyyətlə müdafiə edən müdrik və uzaqgörən siyasətçi olub”. O, Laricani ilə Moskvada dəfələrlə görüşdüyü və onun iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında mühüm rol oynadığına diqqət çəkib. 

Rusiya prezidenti mərhumun ailəsinə və yaxınlarına səmimi başsağlığı və dəstəyini çatdırıb, Laricaninin xatirəsinin qəlblərdə qalacağını vurğulayıb. 

Seçilən
57
Ajans.az

1Mənbələr