AZ

Kaya Kallasdan "xaos" xəbərdarlığı: İranın Qətər zərbəsi dünyanı sarsıtdı

Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas İranın Qətərdəki maye qaz (LNG) zavoduna endirdiyi zərbənin bütün dünyada misilsiz xaos doğurduğunu və Yaxın Şərqdəki münaqişənin dərhal həll edilməli olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, Brüsseldə jurnalistlərə açıqlama verən Kallas,- "Biz bu müharibədən çıxış yolu görmək istəyirik. Yaxın Şərqdəki xaosun bütün dünya üçün ağır nəticələrini artıq müşahidə edirik" deyərək beynəlxalq birliyi hərəkətə keçməyə çağırıb. Qətərin strateji əhəmiyyətli qaz infrastrukturunun hədəf alınması Avropanın enerji təhlükəsizliyinə birbaşa zərbə kimi qiymətləndirilir, çünki regionun bir çox ölkəsi Rusiya qazından imtina etdikdən sonra məhz Qətər tədarükünə güvənirdi.

Kallas qeyd edib ki, Aİ liderləri növbəti sammitdə vəziyyəti geniş şəkildə müzakirə edəcəklər.

Lakin o, Avropa ölkələrinin münaqişəyə hərbi müdaxiləsi məsələsinə aydınlıq gətirərək bildirib ki, hazırda bölgəyə hərbi gəmilərin və ya digər qüvvələrin göndərilməsi gündəmdə deyil.

Martın 16-da Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri şurasının iclasında ittifaqın hərbi iştirakına qarşı çıxıldığı rəsmən təsdiqlənib. Bu bəyanat göstərir ki, Avropa bir tərəfdən İranın enerji terrorundan ciddi şəkildə narahatdır, digər tərəfdən isə müharibənin daha da alovlanmasından ehtiyat edərək hərbi addımlardan çəkinir.

Ekspertlər hesab edirlər ki, Qətər zavodunun vurulması qlobal qaz qiymətlərini rekord həddə çatdıra və Avropada yeni enerji böhranına yol aça bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
1
olaylar.az

2Mənbələr