AZ

"Şübhəsiz, dəlisov oyun idi" - Hans-Diter Flik

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda bərabərə qaldığı "Nyukasl"ı bu gecə Kataloniyada 7:2 hesabı ilə darmadağın edərək adını 1/4 finala yazdıran "Barselona"nın baş məşqçisi Hans-Diter Flik parlaq qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini AS belə çatdırıb:

"Şübhəsiz, dəlisov oyun idi. Birinci yarıda çox yaxşı oynamasaq da, ikinci hissədə daha maraqlı çıxışla yadda qaldıq. Hə, fasiləyə qədər hesabın 3:2 olması oyundan qopmamağımızı şərtləndirən faktdır. Bu, çox vacib idi.

Birinci hissə bizim üçün çox ağır alındı. Bilirdik ki, rəqib pressinq edəcək. İki qol vursaq da, oyuna nəzarəti əldə saxlamağa çətinlik çəkirdik. Hesab 3:2 olanda uşaqlara dedim ki, yalnız uzun ötürmələrlə oynamaq doğru yanaşma deyil. Futbolçularımızdan xahiş etdim ki, təzyiqi artırsınlar, topu özlərində saxlasınlar və imkan yarandıqca dərin oynasınlar. Bu, işə yaradı.

Matçı bir daha təhlil edəcəyik. Son qarşılaşmalarda zədələrə rəğmən, müdafiədə daha yaxşı görünürük. İkinci hissədə tempi qaldırmağımız rəqibi çətin vəziyyətə saldı".

"Barselona" 1/4 finalda "Atletiko Madrid"lə üz-üzə gələcək.

Toğrul

Seçilən
0
1
fanat.az

2Mənbələr